Xaricdə təhsil
Hansı ölkə kimə uyğundur, təhsil haqqı və yaşayış nə qədərdir, hansı sənədlər tələb olunur və müraciəti nə vaxt başlamaq lazımdır — hamısı bir səhifədə.
+994 51 526 51 15 Sualın var? Zəng et, konsultasiya pulsuzdur- 7istiqamət ölkəsi
- 180+partnyor universitet
- 2–6 həftəqəbul məktubuna qədər
- 0 ₼konsultasiya haqqı
Xaricde tehsil nədir?
Xaricde tehsil başqa ölkədə yerləşən universitet və ya təhsil müəssisəsində bakalavr, magistr, doktorantura və ya dil proqramı üzrə oxumaq deməkdir. Bu, tələbəyə beynəlxalq diplom və qlobal iş imkanları qazandırır.
Xaricdə təhsil üçün hansı sənədlər lazımdır?
Xaricdə təhsil üçün əsasən attestat və ya diplom, transkript, pasport, motivasiya məktubu, CV və bəzi ölkələr üçün dil sertifikatı (IELTS/TOEFL) tələb olunur. Sənədlər seçilən ölkə və universitetə görə dəyişə bilər.
Xaricde tehsil üçün minimum bal neçədir?
Xaricde tehsil üçün minimum bal ölkədən və universitetdən asılıdır. Türkiyədə təhsil üçün qəbul balı tələb oluna bilər, Almaniyada isə əsasən orta bal və akademik göstəricilər önəmlidir.
Xaricdə təhsil üçün IELTS vacibdirmi?
Xaricdə təhsil üçün IELTS bir çox ingilisdilli proqramlarda tələb olunur. Lakin bəzi ölkələrdə və universitetlərdə dil sertifikatsız qəbul və ya daxili imtahan imkanı mövcuddur.
Xaricde tehsil təqaüdlə mümkündürmü?
Xaricde tehsil təqaüdlə mümkündür. Dövlət və universitet daxili təqaüd proqramları mövcuddur. Akademik göstəricilər yüksək olduqda təqaüd şansı artır.
Xaricdə təhsil zamanı işləmək mümkündürmü?
Xaricdə təhsil alan tələbələr bir çox ölkədə həftəlik müəyyən saat limiti ilə işləyə bilirlər. Bu imkan ölkənin qanunlarına görə dəyişir.
Xaricde tehsil üçün müraciət prosesi necə gedir?
Xaricde tehsil prosesi konsultasiya, universitet seçimi, sənədlərin hazırlanması, qəbul məktubu, viza müraciəti və yerləşmə mərhələlərindən ibarətdir.
Xaricdə təhsil qiymətləri nə qədərdir?
Xaricdə təhsil qiymətləri ölkəyə görə dəyişir. Almaniyada dövlət universitetlərində təhsil haqqı çox aşağı və ya ödənişsiz ola bilər, digər Avropa ölkələrində isə illik ödənişlər mövcuddur.
Niyə xaricde tehsil?
Xaricdə təhsil almaq tələbələrə yalnız diplom deyil, həm də beynəlxalq təcrübə qazandırır. Xaricdə magistr və bakalavr proqramları dünya reytinqli universitetlərdə oxumaq, xarici dil bacarığını inkişaf etdirmək və qlobal iş bazarına çıxış imkanı yaradır.
Xüsusilə:
- Almaniyada təhsil – bir çox dövlət universitetlərində aşağı və ya ödənişsiz təhsil imkanı
- Türkiyədə təhsil – keyfiyyətli və münasib qiymətli universitetlər
- Polşada və İtaliyada təhsil – Avropada yaşamaq və işləmək fürsəti
- Təqaüdlü təhsil proqramları – yüksək akademik göstəricisi olan tələbələr üçün imkanlar
Hansı proqramlar mövcuddur?
Bakalavr proqramları
Magistr proqramları
Doktorantura
Dil kursları (IELTS / TOEFL hazırlıq)
Foundation və hazırlıq proqramları
Hər tələbə üçün fərdi universitet seçimi və ixtisas uyğunlaşdırılması edilir.
Xaricde tehsil Prosesi Necə Gedır?
Pulsuz ilkin konsultasiya
Universitet və ixtisas seçimi
Sənədlərin hazırlanması və tərcüməsi
Qəbul məktubunun alınması
Viza müraciəti
Uçuş və yerləşmə dəstəyi
Bütün mərhələlərdə komandamız sizinlə birlikdə olur.
Təqaüdlü Xaricdə Təhsil
Yüksək bal və akademik göstəriciləriniz varsa, təqaüdlü xaricdə təhsil imkanlarından yararlana bilərsiniz. Dövlət və universitet daxili təqaüd proqramları üçün müraciət prosesində tam dəstək göstəririk.
2,000+ Xaricdə Təhsil Müraciəti. Minlərlə tələbənin universitet arzusu gerçəkləşdi.
Pulsuz Konsultasiya WhatsApp ilə Müraciət9.8/10
9.8/10 Tələbə Məmnuniyyəti
Şəffaf proses və tam dəstək xidməti.
15+
Universitet Partnyorluğu
Rəsmi əməkdaşlıq və birbaşa müraciət imkanı.
Ölkə müqayisəsi
Aşağıdakı cədvəl 2026/2027 tədris ili üçün təxmini göstəricilərdir. Dəqiq rəqəm universitet, şəhər və ixtisasdan asılı olaraq dəyişir.
| Ölkə | Təhsil haqqı / il | Yaşayış / ay | İmtahan |
|---|---|---|---|
| Türkiyə | 300–6 000 USD | 250–450 USD | Attestat / YÖS / SAT |
| Avropa | 0–8 000 EUR | 400–800 EUR | Dil sertifikatı |
| Rusiya | 0 (kvota) – 5 000 USD | 200–400 USD | Daxili imtahan |
| Ukrayna | 2 000–6 000 USD | 200–400 USD | Attestat |
| Çin | 0 (təqaüd) – 5 000 USD | 250–500 USD | Attestat / HSK |
| Qazaxıstan | 1 500–3 500 USD | 200–350 USD | Attestat |
| Özbəkistan | 1 500–7 000 USD | 150–300 USD | Attestat |
- Sürətli və sadə qəbul — Türkiyə: attestatla, imtahansız.
- Avropa diplomu və işləmək hüququ — Almaniya, Polşa, Macarıstan.
- Tibb — Türkiyə, Rusiya və Ukrayna ən çox seçilən üç istiqamətdir.
- Məhdud büdcə — Qazaxıstan və Özbəkistan ümumi xərcə görə ən sərfəlisidir.
- Tam təqaüd — Çin universitetlərinin təqaüd proqramları yaşayış xərcini də ödəyir.
Sənəd siyahısı
Bütün ölkələr üçün ortaq olan əsas paket:
- Orta məktəb attestatı və əlavəsi (qiymət cədvəli)
- Xarici pasport — ən az 1 il etibarlı
- Doğum haqqında şəhadətnamə
- Biometrik foto (4–6 ədəd)
- Universitetin onlayn müraciət forması
Ölkəyə görə əlavə oluna bilər: notarial tərcümə və apostil, dil sertifikatı (IELTS, TOEFL, TÖMER, HSK), motivasiya məktubu, tibbi arayış, maliyyə zəmanəti.
Praktik məsləhət: attestatı aldığın gün tərcümə və apostil prosesini başlat. Bu iki addım bir neçə həftə çəkir və müraciəti gecikdirən əsas səbəbdir.
Müraciət təqvimi
| Dövr | Nə edilir |
|---|---|
| Yanvar – fevral | Ölkə və universitet siyahısı, büdcə planı, dövlət təqaüdlərinə müraciət |
| Mart – aprel | Sənədlərin toplanması, tərcümə və apostil, ilk müraciətlər |
| May – iyun | YÖS/SAT nəticələri, attestatın alınması, əsas müraciət dalğası |
| İyul – avqust | Qəbul məktubu, ilkin ödəniş, tələbə vizası |
| Sentyabr | Universitet qeydiyyatı, yataqxana, ikamə icazəsi |
Bu mövzuda daha çox
Sənə uyğun universiteti birlikdə tapaq
15 dəqiqəlik pulsuz söhbətdə balına uyğun 3–5 universitet, təxmini büdcə və müraciət təqvimi hazır olur.