Haqqımızda
Akademi Global — xaricdə təhsil üzrə məsləhətçi. Universitet seçimindən viza və yerləşməyə qədər bütün mərhələlərdə yanında oluruq.
+994 51 526 51 15 Sualın var? Zəng et, konsultasiya pulsuzdur- 5 200+qəbul olunan tələbə
- 180+partnyor universitet
- 7ölkə üzrə istiqamət
- 0 ₼konsultasiya haqqı
Akademi.az xaricdə təhsil sahəsində fəaliyyət göstərən peşəkar təhsil şirkətidir. Məqsədimiz tələbələrə doğru universitet, uyğun ixtisas və uğurlu gələcək seçimi etməyə kömək etməkdir.
Şirkətimiz Türkiyə, Avropa, Çində və digər ölkələrdə bakalavr, magistr və digər təhsil proqramlarına qəbul prosesində tələbələrə tam dəstək göstərir. İmtahansız qəbul imkanları, attestatla müraciət, universitet seçimi, sənəd hazırlığı, universitetlərdə qəbul almaq kimi xidmətlər təqdim edirik.
Akademi.az olaraq hər bir tələbəyə fərdi yanaşır, onların məqsəd və büdcəsinə uyğun ən doğru təhsil yolunu müəyyənləşdiririk. Tələbələrin qəbul prosesini asanlaşdırmaq və xaricdə təhsil arzusunu reallaşdırmaq əsas prioritetimizdir.
Peşəkar komandamız və geniş tərəfdaş universitet şəbəkəmiz sayəsində yüzlərlə tələbənin xaricdə təhsil almasına dəstək olmuşuq. Təhsil müddəti boyunca tələbələrimizə davamlı məsləhət və yönləndirmə xidməti təqdim edirik.
Missiyamız
Gənclərin keyfiyyətli və beynəlxalq səviyyədə tanınan təhsil imkanlarına çıxışını asanlaşdırmaq.
Vizyonumuz
Xaricdə təhsil sahəsində regionun ən etibarlı və innovativ təhsil platformalarından biri olmaq.
Necə işləyirik
Dinləyirik
Balını, büdcəni və ixtisas istəyini soruşuruq. Vəd yox — real variantları rəqəmlərlə göstəririk.
Siyahı hazırlayırıq
3–5 uyğun universitet seçilir, hər biri üzrə təqaüd ehtimalı və ümumi büdcə hesablanır.
Sənədləri aparırıq
Tərcümə, apostil, onlayn müraciət və yazışma — hamısını biz idarə edirik.
Sonadək qalırıq
Qəbul, yataqxana, universitet qeydiyyatı və ilk günlərdə şəhərdə müşayiət.
Nəyə söz veririk, nəyə vermirik
Şəffaf qiymət
Universitet haqqı, xidmət haqqı və yaşayış xərci əvvəlcədən yazılır. Gizli ödəniş yoxdur.
Birbaşa ödəniş
Təhsil haqqı birbaşa universitetin rəsmi hesabına köçürülür — bizim üzərimizdən keçmir.
Hansı istiqamətlərdə işləyirik
Türkiyə, Avropa (Almaniya, Polşa, Macarıstan, Çexiya, İtaliya, Litva), Rusiya, Ukrayna, Çin, Qazaxıstan və Özbəkistan. Hər istiqamət üzrə ətraflı bələdçi Xaricdə təhsil səhifəsindədir.
Bu mövzuda daha çox
Sənə uyğun universiteti birlikdə tapaq
15 dəqiqəlik pulsuz söhbətdə balına uyğun 3–5 universitet, təxmini büdcə və müraciət təqvimi hazır olur.