Tez-tez verilən suallar

Xaricdə təhsillə bağlı ən çox soruşulan suallara qısa cavablar. Axtardığını tapmadınsa, bizə yaz — bir iş günü ərzində cavablayırıq.

+994 51 526 51 15 Sualın var? Zəng et, konsultasiya pulsuzdur

Ən çox soruşulanlar

Aşağıdakı cavablar konsultasiyalarda ən çox verilən suallara əsaslanır: xidmət haqqı, qəbul şərtləri, sənədlər, təqaüd imkanları, viza və diplomun tanınması.

Sualın burada yoxdursa, bizə yaz və ya birbaşa zəng et — konsultasiya pulsuzdur və heç bir öhdəlik yaratmır.

Ölkə üzrə ətraflı şərtlər ayrıca səhifələrdədir: Türkiyə, Avropa, Rusiya, Ukrayna, Çin, Qazaxıstan, Özbəkistan.

Tez-tez verilən suallar

Konsultasiya ödənişlidirmi?

Xeyr. İlk konsultasiya tamamilə pulsuzdur və heç bir öhdəlik yaratmır.

Xidmət haqqı nə qədərdir?

Xidmət haqqı seçilən ölkə və universitetdən asılıdır və müqavilədə açıq yazılır. Sonradan əlavə ödəniş çıxmır.

Təhsil haqqını kimə ödəyirəm?

Təhsil haqqı birbaşa universitetin rəsmi bank hesabına köçürülür. Xidmət haqqımız isə ayrıca müqavilə ilə rəsmiləşdirilir.

İmtahansız qəbul olmaq mümkündürmü?

Bəli. Türkiyənin özəl universitetləri, Qazaxıstan, Özbəkistan və bir sıra Avropa universitetləri attestat balı əsasında qəbul aparır.

Dil bilmirəm, oxuya bilərəm?

Bəli. Türk, ingilis və rus dilli proqramlar üçün bir illik hazırlıq sinfi var. Dil sertifikatın varsa, hazırlıqdan azad ola bilərsən.

Təqaüd almaq şansım varmı?

Bir çox universitet 25–100% arası endirim və təqaüd verir. Bal, ixtisas seçimi və müraciət vaxtı nəticəyə birbaşa təsir edir.

Müraciəti nə vaxt başlamalıyam?

Payız semestri üçün mart–aprel aylarında. Erkən müraciət həm təqaüd şansını artırır, həm də sənədlərin rəsmiləşdirilməsi üçün vaxt qazandırır.

Diplom Azərbaycanda tanınacaqmı?

Akkreditasiyalı universitetlərin diplomu tanınma prosedurundan keçir. Universitet siyahısı hazırlayarkən akkreditasiya statusunu əvvəlcədən yoxlayırıq.

Getdikdən sonra da dəstək varmı?

Bəli. Qeydiyyat, yataqxana, ikamə icazəsi və kurs seçimi mərhələsində əlaqədə oluruq.

Sənə uyğun universiteti birlikdə tapaq

15 dəqiqəlik pulsuz söhbətdə balına uyğun 3–5 universitet, təxmini büdcə və müraciət təqvimi hazır olur.

Xaricdə təhsillə maraqlanırsınız?