Hibrid magistratura

İşini buraxmadan, ölkəni dəyişmədən magistr diplomu: dərslərin bir hissəsi onlayn, bir hissəsi əyani keçirilir və diplom əyani proqramla eyni olur.

shape feature

Hibrid Magistratura

Hibrid magistratura proqramları son illərdə xaricdə təhsil almaq istəyən tələbələr üçün ən optimal və çevik seçimlərdən birinə çevrilib. Bu model sayəsində təhsilin bir hissəsini onlayn, digər hissəsini isə xarici universitetdə əyani şəkildə davam etdirmək mümkündür. Beləliklə, həm vaxta, həm də xərclərə qənaət edərək beynəlxalq diplom əldə edə bilərsiniz. Avropanın bir çox nüfuzlu universitetləri hibrid magistr proqramları təklif edir. Xüsusilə Almaniya, İtaliya və digər ölkələrdə tələbələr həm işləyə, həm də təhsil ala bilirlər. Proqramlar əsasən ingilis dilində keçirilir və qəbul prosesi klassik magistratura ilə müqayisədə daha əlçatan olur.

Akademi.az olaraq sizə uyğun hibrid magistr proqramlarını tapır, sənədləşmə, qəbul və viza prosesində tam dəstək təqdim edirik.

Hibrid format necə işləyir?

  1. Onlayn dərslər

    Nəzəri fənlər canlı yayım və ya video mühazirələrlə keçirilir; tapşırıqlar elektron platformada təhvil verilir.

  2. Əyani modullar

    Semestr ərzində qısa müddətli əyani bloklar olur — praktik məşğələlər və imtahanlar üçün.

  3. Buraxılış işi

    Sonda magistr işi yazılır və müdafiə olunur.

  4. Diplom

    Diplomda tədris forması «hibrid» yox, universitetin standart magistr proqramı kimi göstərilir.

Kimə uyğundur?

  • İşləyən və işini buraxa bilməyənlər
  • Ailə səbəbi ilə köçə bilməyənlər
  • İxtisasını dəyişmək istəyən, təcrübəsi olan mütəxəssislər
  • İkinci ali təhsil alanlar

Qiyabi və distant formadan fərqi

MeyarHibridQiyabiDistant
Əyani iştirakQısa modullarİldə 2 sessiyaYoxdur
İmtahanlarƏyaniƏyaniOnlayn
Diplomda qeydStandartQiyabiDistant
Tanınma riskiAşağıOrtaYüksək

Ən vacib fərq: diplomda tədris formasının necə göstərilməsi. Tanınma prosedurunda məhz bu sətir yoxlanılır — ona görə hibrid format qiyabi və distantdan xeyli təhlükəsizdir.

Nə lazımdır?

  1. Bakalavr diplomu və transkript — notarial tərcümə ilə
  2. Xarici pasport
  3. Motivasiya məktubu
  4. Dil səviyyəsi — proqramın tədris dilinə uyğun
  5. CV və iş təcrübəsi barədə məlumat

Əlaqəli: Türkiyədə magistr, Rusiyada magistr təhsili.

Sənə uyğun universiteti birlikdə tapaq

15 dəqiqəlik pulsuz söhbətdə balına uyğun 3–5 universitet, təxmini büdcə və müraciət təqvimi hazır olur.